Messidən Çempionlar Liqasında yeni REKORD

 09:28 29.09.2021     412

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi yeni rekordla Çempionlar Liqasının tarixinə düşüb.

Redaktor.az xəbər verir ki, argentinalı hücumçu buna Parisdə İngiltərə "Mançester Siti"sinə 2:0 hesabı qalib gəldikləri qrup mərhələsinin II tur oyununda nail olub.

Komandasının ikinci qoluna imza atan 34 yaşlı futbolçu turnirdə ardıcıl 17 mövsümdə fərqlənə bilib.

Beləliklə, Messi İspaniya "Real Madrid"ində çıxış edən Kərim Benzemanın uğurunu təkrarlayıb.