Millimizin futbolçusu əməliyyat olundu

 15:41 02.10.2021     1500

Azərbaycan millisinin və "Sumqayıt" klubunun futbolçusu Elvin Bədəlov əməliyyat olunub.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin əməliyyatı uğurlu alınıb.

Diz bağlarında qopma müəyyənləşən oyunçu 6 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Elvin Bədəlov "Qəbələ" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur oyununda zədələnib.