Ronaldo "Mançester Yunayted"də 200-cü oyununa çıxdı

 17:31 02.10.2021     2479

Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura start verilib. 

Redaktor.az xəbər verir ki, turun açılış oyununda "Mançester Yunayted" "Everton"u qəbul edib. 

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qırmızı şeytanlar"ın heyətində Antoni Marsyal 43-cü dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə isə Andros Taunsend bərabərlik qolunu vurub.  

57-ci dəqiqədə Edinson Kavanin yerinə meydana daxil olan Kriştiano Ronaldo Premyer Liqada 200-cü matçına çıxıb. 

14 xala malik komandalar hələlik turnir cədvəlində 2-3-cü yerləri bölüşdürür.