“Trabzonspor” liderliyə yüksəldi

 23:13 02.10.2021     437

Oktyabrın 2-də futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində “Beşiktaş” doğma meydanda “Sivasspor”la qarşılaşıb.

Redaktor.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibi 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında “Trabzonspor” səfərdə “Kayserispor”u 2:1 hesabı ilə üstələyib. "Göztəpə" isə öz meydanında "Girəsunspor"a minimal hesabla uduzub - 1:0. "Konyaspor" - "Alanyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 18 xalla "Trabzonspor" başçılıq edir. Ondan bir xal geri qalan "Beşiktaş" ikinci, 16 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.

Turun növbəti oyunları oktyabrın 3-də keçiriləcək.

Vumart və Güvən reklamı Vumart Güvən