Güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulacaq

Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
Redaktor.az xəbər verir ki, oktyabrın 3-də 57, 65, 79 və 92 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilərimiz mübarizəyə qoşulacaqlar.
Milli komandamızın üzvlərindən Əfqan Xaşalov (57 kq) Roberto Alexandro (Meksika), Əli Rəhimzadə (65 kq) Yunsik Yun (Koreya), Əşrəf Aşırov (79 kq) slovakiyalı Axşarbek Qulayev, Osman Nurməhəmmədov (92 kq) Hindistan təmsilçisi Prutviraj Patil ilə qarşılaşacaq.