“Qalatasaray” “Türk Telekom”la vidalaşdı

 15:47 03.10.2021     194

“Qalatasaray” ev oyunlarını keçirdiyi stadiona uzun müddət ad sponsorluğu edən “Türk Telekom” şirkəti ilə yollarını ayırıb. 

Redaktor.az xəbər verir ki, bu barədə “Hüriyyet Spor Arena” məlumat yayıb. Tərəflər arasındakı müqavilə müddətinin başa çatdığı bildirilib. Buna görə də klub “Ali Sami Yen Spor Kompleksi”ndəki “Türk Telekom Stadionu” yazısını aradan qaldırıb. 

İstanbul təmsilçisinin yeni sponsoru isə hələlik məlum deyil. Lakin Türkiyə mətbuatında sponsorun adı açıqlanmayan beynəlxalq hava limanı şirkəti olacağı barədə xəbərlər yer alıb. 

Qeyd edək ki, “Türk Telekom” 2011-ci ildən “Qalatasaray”la əməkdaşlıq edirdi. Klub bu tərəfdaşlıqdan təxminən 80 milyon dollar gəlir əldə edib. “Türk Telekom”un “Qalatasaray”la sözləşməsi ötən il başa çatsa da, şirkət 30 milyon lirə ödəyərək müqaviləni 1 illik uzadıb.