"Real" Kataloniyada məğlub oldu

İspaniyaLa Liqasının səkkizinci turu çərçivəsində “Espanyol” öz meydanında “Real”(Madrid) klubu ilə üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, matç Kataloniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesab oyunun birinci hissəsində açılıb. 17-ci dəqiqədə Raul De Tomas fərqlənib.
Oyunun 60-cı dəqiqəsində “Espanyol”un futbolçusu Aleyş Vidal hesab arasındakı fərqi iki topa çatdırıb.
Madrid klubu bu toplardan ancaq birinin əvəzinin çıxa bilib. 71-ci dəqiqədə Kərim Benzema fərqlənib.
Qələbə sayəsində xallarının sayını 9-a çatdıran "Espanyol" 10-cu pilləyə yüksəlib. "Real Madrid" məğlub olmağına baxmayaraq, 17 xalla La Liqanın lideridir.
Qeyd edək ki, bu, "Real"ın cari mövsümdə La Liqada ilk məğlubiyyətidir.
T.İSMAYIL