“Fənərbağça” liderliyə yüksəldi

 08:11 04.10.2021     347

Futbol üzrə Türkiyə çempionatının VIII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbaxça” doğma meydanda “Kasımpaşa”nı qəbul edib.

Redaktor.az xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edib.

Günün digər matçında isə “Qalatasaray” səfərdə “Rizəspor”u 3:2 hesabı ilə üstələyib. "Yeni Malatyaspor" isə öz meydanında "Hatayspor"a 2:0 hesabı ilə uduzub. "Qaziantep" isə doğma divarlar arasında "Altay"ı 4:1 hesabı ilə darmadağın edib.

Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 19 xalla "Fənərbaxça" başçılıq edir. Ondan bir xal geri qalan "Trabzonspor" ikinci, 17 xal toplayan "Beşiktaş" isə üçüncü pillədə qərarlaşıb.

Vumart və Güvən reklamı Vumart Güvən