"Ronaldo yalnız qolları düşünür"

 22:46 04.10.2021     277

"Mançester Yunayted"in sabiq futbolçusu Denni Blind Kriştiano Ronaldo haqda danışıb.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o bildirib ki, portuqaliyalı hücumçunun gəlişi komandanın hərəkətinə mənfi təsir göstərib:

"Ronaldo aktiv rol oynamamalıdır. Göründüyü kimi, onun gəlişi ilə digər oyunçular necə davranmalı olduqlarını bilmirlər. Tipik olaraq, hücumçular bir mərkəzdən digərinə qaçırlar. Amma indi komanda Ronaldo ilə fərqli oynamağa başladı. Komanda hərəkətində problem yaşayırlar.

"Mançester Yunayted" öz  üslubunda oynamır. Ronaldo yalnız qolları düşünür. Başqaları da topla oynamalıdır".