La Liqa klubunda yeni baş məşqçi

 22:34 06.10.2021     347

İspaniyanın “Xetafe” klubunda baş məşqçi təyinatı gerçəkləşib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisinin “sükan”ı Kike Sançes Floresə tapşırılıb.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Sançeslə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Flores son olaraq İngiltərənin “Uotford” komandasını çalışdırıb. O, “Xetafe”də bir müddət əvvəl istefaya göndərilən Miçeli əvəzləyib.

“Xetafe” La Liqada sonuncu sıradadır.