Messinin imzalı sənədi hərraca çıxarıldı - FOTO

 22:55 06.10.2021     139

ABŞ-ın “Goldin Auctions” şirkəti Fransanın PSJ klubunda çıxış edən Lionel Messinin sənədini hərraca çıxarıb.

Redaktor.az xəbər verir ki, sənəddə 34 yaşlı hücumçunun şəkli və imzası yer alıb. Kart Messinin Argentinanın “Nyuells Old Boyz” klubunda çıxış etdiyi 1995-2000-ci illərə aiddir.

Hərrac 10 min dollardan başlayıb və son təklif hələlik 20 min dollardır.

Peşəkar karyerasına “Nyuells Old Boyz”da başlayan Messi bu yay İspaniya “Barselona”sından PSJ-yə keçib.