"Messi dünyanın ən yaxşı futbolçusudur" - PSJ-nin baş məşqçisi

 23:31 06.10.2021     170

PSJ-nin baş məşqçisi Maurisio Poçettino futbolusu Lionel Messi haqqında danışıb. 

Redaktor.az xəbər verir ki, o, "Marca"ya açıqlamasında deyib: 

"Messi dünyanın ən yaxşı futbolçusudur. Onu transfer etmək əsl hədiyyədir. Heç kim onun "Barselona"dan gedəcəyini gözləmirdi. Hətta özü də. Klub prezidenti Leonardo onunla müqavilə imzalamaqla əla iş gördü". 

Qeyd edək ki, Messi avqust ayında PSJ ilə 2+1 illik müqavilə imzalayıb.