Son Avropa çempionu İspaniya ilə bacarmadı

 00:58 07.10.2021     177

Avropa Millətlər Liqasında qrup qaliblərinin qatıldığı “Dördlər finalı”nın ilk yarımfinal oyununda son Avropa çempionu İtaliya yığması ilə İspaniya üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, Milandakı "San-Siro" stadionunda oynanılan qarşılaşma Luis Enrikenin baş məşqçi olduğu kollektivin 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

Bu nəticə ilə İtaliya seçməsinin 38 oyunluq məğlubiyyətsizlik seriyası qırılıb.

İspaniya millisinin finaldakı rəqibi bu gün keçiriləcək Belçika - Fransa matçının qalibi olacaq.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da gerçəkləşəcək. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.