PSJ Mbappeyə yeni müqavilə təklif etdi

 20:40 07.10.2021     406

"Real Madrid"in heyətinə qatmaq istədiyi fransalı hücumçu Kilian Mbappe hazırda formasını geyindiyi PSJ klubundan yeni təklif alıb.


Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, Paris klubu 2022-ci ilin yayınadək müqaviləsi olan hücumçunu heyətində saxlamaq üçün ona ilinə 36 milyon avro məvacib ödəmək şərti ilə beşillik yeni müqavilə təklif edib. Hazırda PSJ-nin heyətində çıxış edən Neymar da bu qədər məvacib alır.

Xatırladaq ki, “Real Madrid” gənc futbolçuya ilinə 40 milyon avro olmaqla altıillik müqavilə təklif edib.

Vumart və Güvən reklamı Vumart Güvən