Fransa yığması finala çıxdı

UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinalda Belçika və Fransa yığmaları üz-üzə gəliblər.
Redaktor.az xəbər verir ki, matç fransızların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, Fransa millisi finalda İspaniya seçməsinə rəqib olub.
Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq.