"Qızıl top" mükafatına 30 namizəd var

 21:57 08.10.2021     849

"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatına namizədlərin siyahısı açıqlanıb.

Redaktor.az-ın məlumatına görə, bu il mükafata 30 oyunçu iddialıdır.

Həmin futbolçular bunlardır: Nikolo Barella, Lautaro Martines (hər ikisi "İnter", İtaliya), Kərim Benzema, Luka Modriç (hər ikisi "Real Madrid", İspaniya), Leonardo Bonuççi, Corcio Kyellini (hər ikisi "Yuventus", İtaliya), Kevin de Bröyne, Ruben Diaş, Fil Foden, Riyad Mahrez, Rəhim Sterlinq (hamısı "Mançester Sit", İngiltərə), Kriştianu Ronaldu, Bruno Fernandeş (hər ikisi "Mançester Yunayted", İngiltərə), Canluici Donnarumma, Kilian Mbappe, Lionel Messi, Neymar (hamısı PSJ, Fransa), Erlinq Holann ("Borussiya" Dortmund, Almaniya), Jorjinyo, N Qolo Kante, Sezar Azpilikueta, Romelu Lukaku, Meyson Maunt (hamısı "Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Simon Kyaer ("Milan", İtaliya), Robert Levandovski ("Bavariya", Almaniya), Jerar Moreno ("Vilyarreal", İspaniya), Pedri ("Barselona", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə), Luis Suares ("Atletiko", İspaniya).