Millimiz bu dəfə Serbiyaya uduzdu - DÇ-2022

 00:46 13.10.2021     651

Futbol üzrə Azərbaycan millisi 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 7-ci matçında Serbiya yığmasının qonağı olub. Belqraddakı "Rayko Mitiç" stadionunda oynanılan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu qrupun digər oyununda isə Portuqaliya evdə Lüksemburqu darmadağın edib - 5:0.

Bu nəticədən sonra xallarını 17-yə çatdıran Serbiya seçməsi liderliyə yüksəlib. Draqan Stoykoviçin başçılıq etdiyi kollektiv Portuqaliyadan 1 oyun çox keçirib. 1 xalı olan Azərbaycan millisi isə sonuncu sırada qərarlaşıb.

Qeyd edək ki, bundan öncə Azərbaycan millisi İrlandiyaya 3:0 hesabı ilə məğlub olmuşdu.

Vumart və Güvən reklamı Vumart Güvən