Mahir Emrelinin transfer qiyməti artdı - FOTO

 16:00 16.10.2021     150

Polşanın “Legiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin transfer qiymətində dəyişiklik olub.

Redaktor.az xəbər verir ki, bu barədə transfermarkt.ru portalının rəsmi “Instagram” hesabında məlumat verilib.

24 yaşlı hücumçunun qiyməti 2 milyon avroya (təqribən 3,9 milyon manat) yüksəlib. Beləliklə, forvard Polşa “Ekstraklass”ının (Yüksək Liqa) ən dəyərli futbolçuları sırasında “top 10-luğa” girib.

Emreli və komanda yoldaşı Bartoş Sliş müvafiq olaraq 9 və 10-cu yerləri bölüşürlər.

Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə “3+1 illik” sistemi üzrə müqaviləsi var. Oyunçunun əvvəlki qiyməti 1 milyon avro (təqribən 1,9 milyon manat) olub.

2