Dünya çempionu olan Azərbaycan güləşçisi mükafatlandırıldı - VİDEO

 23:20 03.11.2021     505

Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) mükafatlandırılıb.

Redaktor.az xəbər verir ki, fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançı Azərbaycan himnini səsləndirib.

Xatırladaq ki, Həsrət Cəfərov finalda iranlı Məhəmməd Cavad Rezayiyə qalib gələrək dünya çempionu olub.

Qeyd edək ki, Həsrət Cəfərov Goranboy rayonunun Qaradağlı kəndində anadan olub.