"Barsa"ya gedən məşqçinin İsa peyğəmbər olmasına ehtiyac yoxdur - Xavi

 23:59 03.11.2021     294

""Barselona"nın baş məşqçisi olmaq əla olardı".

Redaktor.az xəbər verir ki, bunu Qətərin “Əl-Sədd” futbol klubunun baş məşqçisi Xavi Ernandes deyib.

"Mən pozitiv insanam və düşünürəm ki, bu kimi şeylər iki klub arasında həll olunmalıdır. Danışıqları rəhbərlik aparır və onlar mənim qayıtmaq arzusunda olduğumu bilirlər. "Barsa"ya gedən məşqçinin İsa peyğəmbər olmasına ehtiyac yoxdur, sadəcə kluba əvvəlki pozitivliyi qaytarmalıdır.

Oyunçularla vidalaşmaq çox qəribə hiss idi. Bunu ona görə etdik ki, nələrin olacağını bilmirəm", - deyə Xavi bildirib.