"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində!

 23:40 04.11.2021     334

"Qarabağ" UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqəni təmin edib.

Redaktor.az xəbər verir ki, buna İsveçrə "Bazel"inin IV tur matçında Kiprdə "Omoniya" ilə heç-heçə etməsi səbəb olub.

Günün ilk oyununda Qazaxıstanda "Kayrat"a 2:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin H qrupunda ilk 2 sıradan birini tutacağı dəqiqləşib. Hazırda 10 xalla 1-ci pillədə qərarlaşan "köhlən atlar" "Omoniya" (2 xal) və "Kayrat" (1 xal) üçün artıq əlçatmazdır. "Bazel" isə 8 xalla 2-cidir.

Beləliklə, "Qarabağ" avrokuboklarda qrupdan çıxan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Qeyd edək ki, Konfrans Liqasında qrup qalibləri birbaşa 1/8 finala yüksəlirlər. 2-ci yeri tutanlar isə Avropa Liqasında öz qrupunu 3-cü sırada tamamlayan kollektivlərlə pley-off matçları keçirəcəklər.

222222