Azərbaycan boksçusu dünya çempionu oldu

 23:05 05.11.2021     498

Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Redaktor.az xəbər verir ki, 86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.

İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.

Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, yekunda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub.

Qeyd edək ki, Alfonso Dominges daha əvvəl Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.

Vumart və Güvən reklamı Vumart Güvən