"Mən evimə qayıdıram" - Xavi

"Mən klubla vidalaşmamışdım, "tezliklə görüşənədək" demişdim. Kamp Nou mənim evimdir. Kim nə deyir desin, biz dünyanın ən güclü klubuyuq. Sizlər mənim azarkeşim, mənim yaxınlarımsınız. Və mən indi evimə qayıdıram. Görüşənədək".
Redaktor.az xəbər verir ki, bu sözləri İspnaiyalı mütəxəssis Xavi Hernandez bildirib.
Xatırladaq ki, "Barcelona" futbol klubu dünən Xavi Hernandezlə baş məşqçi kimi 2024-cü ilədək müqavilə imzalayıb. O, buna qədər Qətərin "Əl-Sədd" klubunu çalışdırırdı.
Şəbnəm MEHDİZADƏ