“Zəfər Kuboku” nun qalibləri mükafatlandırıldı

 16:31 06.11.2021     387

"Port Bazar" və "Rahat" marketlər şəbəkəsinin təşəbbüsü ilə 44 günlük haqq savaşında qazanılan qələbəyə və şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər Kuboku” və müxtəlif hədiyyələr sahiblərinə təqdim edilib.

Redaktor.az  xəbər verir ki,  ANC GROUP MMC-də baş tutan “ZƏFƏR” turnirinin final oyunlarında şirkətdə çalışan Vətən Müharibəsi iştirakçıları və qazilərlə görüş keçirilib, hər biri mükafatlandırılib. Torpaqlarımızın işğaldan azad olunmasının birinci il dönümünə həsr olunmuş “ZƏFƏR” turnirinin qalibləri – birinci yerin sahibi “Ağdam” klubu, ikinci yerin sahibi “Xudafərin” klubu, üçüncü yerin sahibi “Murov” klubu olub.

Final oyunundan sonra ANC GROUP-un Baş direktoru Samir Abdullayev qalib komandalar və fərqlənən oyunçuları xüsusi pul mükafatları, hədiyyələr və diplomlarla mükafatlandırıb.

1. Ən yaxşı qapıcı - Əlibala Quluzadə “ AĞDAM” komandası

2. Ən yaxşı müdafiəçi - Fərəc Hümbətov “ XUDAFƏRİN” komandası

3. Ən yaxşı oyunçu - Emin Həsənov “ AĞDAM “ komandası

4. Ən məhsuldar oyunçu - Elşən Mustafayev “ KƏLBƏCƏR “ komandası 17 qol

5. Ən yaxşı komanda meneceri - Vüqar Nəcəfov “ AĞDAM “ komandası

Daha sonra S.Abdullayev bildirib ki, şirkət olaraq turnirin hər il keçirilməsi nəzərdə tutulur.

Futbol turnirinin əsas qalibi Dostluq, Qardaşlıq, Həmrəylik, Birlik oldu. Zəfər günümüz mübarək!