"Mançester Siti" səfərdə "Mançester Yunayted"i məğlub etdi

 18:34 06.11.2021     397

Futbol üzrə İngiltərə Premyer Liqasının XI turunda Mançester derbisi baş tutub.

Redaktor.az xəbər verir ki, prinsipial oyunda "Mançester Yunayted" "Mançester Siti"ni qəbul edib. "Old Trafford"da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər 2 qol ilk hissədə vurulub. 7-ci dəqiqədə Erik Bayi topu öz qapısından keçirib. 45-ci dəqiqədə isə Bernardu Silva matçda yekun hesabı müəyyənləşdirib.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "şəhərlilər" 2-ci pilləyə yüksəlib. 17 xalı olan "qırmızı şeytanlar" isə 5-ci sırada qalıb.