“Neftçi” yenə uduzdu

 20:57 06.11.2021     250

Azərbaycan Premyer Liqasında X tura start verilib.

Redaktor.az xəbər verir ki, “Zəfər turu”nun ilk günündə iki oyun keçirilib.

Bakı klublarının iştirakı ilə keçirilən paytaxt derbiləri məhsuldarlığı ilə diqqət çəkib. İki görüşdə ümumilikdə 11 qol vurulub.

“Sabah” öz meydanında “Zirə” ilə heç-heçə oynayıb. Ardıcıl üçüncü oyunda 3 qol vuran meydan sahibləri uzun müddət hesabda öndə olsa da, üstünlüyünü qoruya bilməyib. Davit Volkov mövsümün ilk het-triki ilə komandasına 1 xal qazandırıb.

Son çempion “Neftçi” “Keşlə”nin qonağı olub. Samir Abasov cəzalı olduğundan oyuna baş məşqçisiz çıxan “ağ-qaralar” birinci hissənin ilk yarısında iki cavabsız qolla böyük üstünlük qazanıb. Lakin meydan sahibləri nəinki hesabda tarazlıq yarada biliblər, hətta əzmkar qələbə qazanıblar. Bununla da iki turda 7 top buraxan “Neftçi” ardıcıl ikinci məğlubiyyətini alıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Premyer Liqa
X tur
6 noyabr (şənbə)
15:00. “Sabah” – “Zirə” - 3:3

Qollar: Coy-Lens Mikels, 1, 23, Xuan Kamara, 45+2 - Davit Volkov, 5, 59, 81
 

19:00. “Keşlə” – “Neftçi” - 3:2
Qollar: 
Felipe Santos, 41 (p.), Rəhman Hacıyev, 49, Anatole Abanq, 86 - Tiaqo Bezerra, 11, 35

 

1

Qarabağ

9

6

2

1

18-7

20

2

Neftçi

10

5

2

3

18-16

17

3

Zirə

10

4

4

2

15-11

16

4

Qəbələ

9

4

3

2

16-11

15

5

Sumqayıt

9

3

2

4

7-8

11

6

Keşlə

10

3

1

6

11-18

10

7

Səbail

9

3

0

6

8-18

9

8

Sabah

10

2

2

6

12-16

8