"Barselona" yenə qalib gələ bilmədi

 22:22 06.11.2021     237

Futbol üzrə İspaniya çempionatının 13-cü turunda səfərdə "Selta" ilə qarşılaşan "Barselona" 3:3 hesablı heç-heçə edib.

Redaktor.az xəbər verir ki, kataloniyalıların heyətində qolları Ansu Fati (5-ci dəqiqə), Serxio Buskets (18) və Memfis Depay (34) vurub. Heç-heçəni "Selta"ya İaqo Aspas (52, 90+6) və Nolitonun (74) qolları gətirdi.

"Barselona" ardıcıl dörd oyundur (iki heç-heçə, iki məğlubiyyət) İspaniya çempionatının qalib gələ bilmir və 12 matçda 17 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Daha əvvəl klubun yeni baş məşqçisinin "Barselonanın" keçmiş oyunçusu Xavi olacağı açıqlanıb. O, oktyabrın 28-də istefaya göndərilən Ronald Kumanı əvəz edəcək.