"Barselona" yeni baş məşqçisini TƏQDİM ETDİ

 16:45 08.11.2021     289

İspaniyanın "Barselona" klubu yeni baş məşqçisi Xavi Ernandesi təqdim edib.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, təqdimat "Kamp Nou" stadionunda baş tutub.

41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.

Qeyd edək ki, 2015 - 2019-cu illərdə Qətər "Əl-Sədd"ində oynayan keçmiş yarımmüdafiəçi 2019-cu ildə bu komandaya baş məşqçi təyin olunub.