Bakıda dopinqin qadağan olunduğu yeganə fitness mərkəzindən reportaj - VİDEO

 10:54 13.11.2021     178

Nazirlər Kabinetinin idman zallarının açılması ilə bağlı qərarından sonra gənclər yenidən aktiv idmanla məşğul olmağa başlayıblar. Pandemiya ilə bağlı uzun müddət qapalı qalan idman zallarında indi qələbəlik yaşanır. Bakıda belə zallardan biri də "Ro-of" fitness mərkəzidir.

Redaktor.az xəbər verir ki, bu mərkəzdə hər kəs rahatlıqla idman və fitnesslə məşğul ola bilər. Burada qadın və kişilərin ayrı-ayrı zallarda sərbəst və rahat məşq etmələri üçün istənilən şərait mövcuddur. Zalda həmçinin fərdi qaydada məşqlər də keçirilir.

"Ro-of" fitness mərkəzi Azərbaycanda dopinqlə mübarizə aparan yeganə mərkəzdir. Klubda sağlamlığa ziyanlı dopinq preparatlarından istifadə qadağandır və həmçinin mərkəzə gələnlər də bu ziyanlı vərdişdən yayındırılır.

Fitness mərkəzində dopinqə qarşı mübarizə tədbirləri görülməklə yanaşı sağlam həyat tərzinə faydalı qidalarla bəslənməyə xüsusi önəm verilir. Klubda xüsusilə istifadə üçün ayrılmış faydalı idman əlavələri və qidaları da var. Klubda idmanla məşğul olan insanlar bu əlavələrdən qaydalara uyğun olaraq istifadə edə bilirlər. Bu idman qidaları iş qabiliyyətini artırır və məşqlərdən sonra fiziki yorulmanı azaldır.

INBA QLOBAL Azərbaycan birliyinin rəhbəri, "Ro-of" fitness mərkəzinin baş məşqçisi Elnur Şıxəliyev klubun yaranmasından və fəaliyyət istiqamətindən danışarkən bildirib ki, mərkəz 3 ildir yaranıb və burada müasir standartlara cavab verən avadanlıqlar var və peşəkar məşqçilər fəaliyyət göstərir. Baş məşqçisi bildirib ki, qadın və kişi idman zalları ayrı-ayrı otaqlarda fəaliyyət göstərir. 

"Ro-of" fitnes mərkəzini digərlərindən fərqləndirən özəlliyi burada daim gigiyenik qaydalara əməl olunması və ən əsası dövlətin əsas prinsiplərindən olan dopinqlə mübarizə ilə bağlı ciddi nəzarət tədbirləri həyata keçirilir.

INBA QLOBAL Azərbaycan birliyinin fəaliyyətindən danışan direktor Elnur Şıxəliyev bildirib ki, burada əsas məqsəd natural butbuild və fitness üzrə yarışlar keçirmək və Beynəlxalq Asossiyasıyanın tələblərinə əsasən atletləri istifadəsi qadağan olunmuş dopinq preparatlarından uzaq tutmaqdır. Və ən əsası mərkəz yeniyetmə və gəncləri zərərli preparatlardan uzaq tutmaqla sağlam həyat tərzini təbliğ edir və bununla da idmançılar arasında sağlam rəqabət təmin edilir. Fitnes klub dövlətin anti-dopinq və idman siyasətini təmsil edir və bu istiqamətdə öz dəstəyini göstərir.

GFHC ACADEMY Azərbaycan fitnes sahəsində həm məşqçilər həm də fitnessə təzə başlayanlar üçün kurslar təşkil edir və təhsil müddəti bitdikdən sonra onlara beynəlxalq sertifiktat verilir. Baş məşqçinin sözlərinə görə, sözügedən akademiyanın dünyanın 183 ölkəsində tələbələri var.

Reflex İdman Reabilitasiya Mərkəzində idman zallarında məşq zamanı baş verən zədələnmələrin idman reabilitasiya xidmətləri göstərilir.

Nuranə TOFİQLİ