Rusiya müdafiə nazirinin qızı bozqurd işarəsi tutdu - FOTO

 13:57 12.11.2021     347

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu "Instagram" səhifəsində bozqurd işarəsi tutaraq şəkil paylaşıb.

Redaktor.az xəbər verir ki, Kseniya Şoyqunun şəkli şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub.

O, şəkildə bozqurd işarəsi tutaraq izləyicilərindən futbol üzrə Rusiya-Kipr matçı ilə hokkey üzrə Rusiya-Finlandiya görüşü arasında seçim etməyi təklif edib.

Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu türk mənşəli Tıva xalqının nümayəndəsidir.

Şoyqunun qızı boz qurd işarəsi göstərdi- FOTO