Serxio Aqüero ürəyindəki problemə görə karyerasını bitirə bilər

 14:03 12.11.2021     103

İspaniyanın "Barselona" klubunun futbolçusu Serxio Aqüero səhhəti ilə əlaqədar karyerasını başa vura bilər.

Redaktor.az xəbər verir ki, 33 yaşlı hücumçunun ürəyindəki problemlərin gözləniləndən ciddi olduğu üzə çıxıb.

Həkimlər ona bir daha meydana qayıtmayacağı ilə bağlı xəbərdarlıq ediblər.

Qeyd edək ki, Serxio Aqüero "Alaves"lə 1:1 hesablı heç-heçə etdikləri La Liqanın XII tur matçının 41-ci dəqiqəsində nəfəs darlığından əziyyət çəkdiyi üçün əvəzlənərək xəstəxanaya aparılıb. Argentinalı hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması - red.) diaqnozu qoyulub. Kataloniya təmsilçisi forvardın 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb(report)