Millimiz yenə uduzdu

 22:21 12.11.2021     110

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Milan Obradoviçin yetirmələri AVRO-2023-ün seçmə mərhələsində Avstriya ilə qarşılaşıb.Tsikldə 5-ci matçına yığmamız bu dəfə də azarkeşlərini məyus edib. Avstriyada 0:6 hesabı ilə uduzduğu rəqibdən revanş almaq arzusunda olan milli ilk hissənin sonlarında məğlub duruma düşüb.

İkinci hissə daha uğursuz alınıb. Matçın sonlarında qonaqlar daha iki qol vurub. Bununla da seçmə mərhələdə dördüncü dəfə uduzan milli yenə böyükhesablı məğlubiyyət alıb.

Qeyd edək ki, qrupumuzda Xorvatiya – Estoniya oyunu (2:0) dünən keçirilib. Bu gün isə Norveç Finlandiyanı qəbul edir.

AVRO-2023-ün seçmə mərhələsi
A qrupu
12 noyabr
20:00. Azərbaycan – Avstriya – 0:3
Qollar:
 Emanuel Aivu, 42, Romano Şmid, 72 (pen.), 75
Baş hakim: Miloş Milanoviç (Serbiya)
Bakı. “Bakcell Arena”

1

Xorvatiya

5

5

0

0

14-3

15

2

Avstriya

6

4

0

2

17-6

12

3

Norveç

4

3

0

1

13-4

9

4

Finlandiya

4

2

1

1

7-4

7

5

Azərbaycan

5

0

1

4

2-17

1

6

Estoniya

6

0

0

6

0-19

0