"Barselona" bu futbolçu ilə müqaviləni uzadır

"Barselona" futbolçusu Serji Roberto ilə müqaviləni yeniləməyi planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "Munde Deportivo" məlumat yayıb. Klub artıq 29 yaşlı müdafiəçi ilə danışıqlara başlayıb.
Robertonun hazırkı müqaviləsinin müddəti isə bu mövsümün sonuna qədərdir. İspaniyalı oyunçu özü də komandada qalmaq istəyir.
Qeyd edək ki, S.Roberto 2010-cu ildən "Barselona"da oynayır.