"Barselona" macar futbolçunu almaq istəyir

 22:40 13.11.2021     132

"Barselona" "Fənərbaxça"nın futbolçusu Atilla Salayı almaq istəyir. 

Redaktor.az xəbər verir ki, Kataloniya klubu 23 yaşlı müdafiə üçün təklif göndərməyə hazırlaşır. Daha əvvəl "Çelsi", "Sevilya" və "Atletiko"nun 23 yaşlı müdafiəçi ilə maraqlandığı bildirilmişdi.

Qeyd edək ki, "Fənərbaxça" macar müdafiəçini bu ilin yanvarında Kipr "Apollon"undan 2 milyon avroya transfer edib.