2022-də Qətərə gedən komandalar

 13:27 14.11.2021     178

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinə vəsiqə qazanan komandaların sayı 5-ə çatıb.

Redaktor.az  xəbər verir ki, DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 9-cu turun oyunlarından sonra daha iki komanda mundiala vəsiqə qazanıb.

Bunlar Belçika və Fransa yığmalarıdır. Fransa D, Belçika isə E qrupunda bütün rəqibləri üçün əlçatmaza çevrilib.

Xatırladaq ki, daha öncə mundiala ev sahibliyi edəcək Qətərlə yanaşı, Almaniya, Danimarka və Braziliya yığmalarının dünya çempionatında iştirak edəcəyi dəqiqləşmişdi.

Gələn il Qətərdə keçiriləcək dünya çempionatı 21 noyabr – 18 dekabr aralığında baş tutacaq.