Xorvatiya Rusiyanı məyus etdi

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X turda H qrupunda Xorvatiya və Rusiya komandaları üz-üzə gəlib.
Redaktor.az xəbər verir ki, görüşün 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub.
Matç Xorvatiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da, Xorvatiya gələn il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək mundiala vəsiqə qazanıb.
T.İSMAYIL