Serbiya Portuqaliyanı məğlub edərək Qətərə vəsiqə qazandı

 09:08 15.11.2021     103

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində X tura start verilib.

Redaktor.az xəbər verir ki, turun ilk oyun günü 4 qrupda 10 qarşılaşma oynanılıb.

Turun ilk oyun gününün üç qarşılaşması erkən başlayıb. Bu matçların hamısı H qrupunda baş tutub.

Qrupun əhəmiyyətli görüşü Splitdə Xorvatiya və Rusiya komandaları arasında olub. Rəqibinə minimal hesabla qalib gələn meydan sahibləri final mərhələsinə vəsiqəni təmin edib. Görüşdə yeganə qolu 81-ci dəqiqədə qonaqların müdafiəçisi Fyodor Kudryaşov öz qapısına vurub. Rusiya seçməsi isə mübarizəni pley-offda davam etdirəcək.

Qrupun digər matçlarında Slovakiya səfərdə Maltanı darmadağın edib (0:6), Sloveniya isə evdə Kipri üstələyib - 2:1.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq birinci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

Azərbaycan millisi ilə Qətər yığması arasında keçirilən yoldaşlıq oyununda qalib müəyyənləşməyib - 2:2.

14-də Bakı Olimpiya Stadionunda təşkil olunan oyunda hesabı Qətər millisi açıb. Görüşün 23-cü dəqiqəsində Almoez Əli fərqlənib. Qarşılaşmanın 37-ci dəqiqəsində Emin Mahmudov rəqib qapısına təyin olunmuş penaltini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib.

İkinci hissəyə daha fəal başlayan yığmamız matçın 67-ci dəqiqəsində hesabda önə çıxıb. E.Mahmudov baxımlı qolla dubla izma atıb. Görüşün 78-ci dəqiqəsində qətərli futbolçu A.Əli dubl edərək hesaba tarazlıq gətirib. Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki sonuncu oyunu olub. Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

B qrupunda İspaniya Serbiyanı minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Günün bütün görüşləri aşağıdakılardır:

A qrupu

Lüksemburq - İrlandiya - 0:3;

Portuqaliya - Serbiya - 1:2.

Qrupdakı vəziyyət: Serbiya - 20, Portuqaliya - 17, Lüksemburq - 9, İrlandiya - 9, Azərbaycan - 1.

B qrupu

Yunanıstan - Kosovo - 1:1;

İspaniya - İsveç - 1:0.

Qrupdakı vəziyyət: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5.

H qrupu

Malta - Slovakiya - 0:6;

Sloveniya - Kipr - 2:1;

Xorvatiya - Rusiya - 1:0.

Qrupdakı vəziyyət: Xorvatiya - 23, Rusiya - 22, Slovakiya - 14, Sloveniya - 14, Malta - 5, Kipr - 5.

J qrupu

Lixtenşteyn - Rumıniya - 0:2;

Şimali Makedoniya - İslandiya - 3:1;

Ermənistan - Almaniya - 1:4.

Qrupdakı vəziyyət: Almaniya - 27, Şimali Makedoniya - 18, Rumıniya - 17, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

Qeyd edək ki, indiyədək Avropa zonasından Xorvatiya, İspaniya və Portuqaliya ilə yanaşı, Almaniya, Danimarka, Fransa və Belçika yığmaları da DÇ-2022-yə qrup qalibi kimi birbaşa vəsiqə qazanıb.