Ronaldodan antirekord

 11:48 15.11.2021     229

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo antirekorda imza atıb.

Redaktor.az xarici KİV-ə istinadla xəbər verir ki, 36 yaşlı hücumçu Serbiyaya 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda çərçivəyə zərbə endirə bilməyib.

Ronaldo karyerasında ilk dəfə mundialların seçmə matçında belə halla üzləşib.

Qeyd edək ki, rəqibinə qalib gələn Serbiya yığması DÇ-2022-nin final mərhələsinə vəsiqə qazanıb. Portuqaliya isə pley-offda iştirak edəcək.