"Barselona" misirli hücumçunu transfer etmək istəyir

 21:49 15.11.2021     267

“Barselona”nın yeni baş məşqçisi Xavi Hernandes klub rəhbərliyinə müraciət edərək yüksək səviyyəli hücumçuya ehtiyac duyduqlarını bildirib.

Redaktor.az xarici mətbuata istinadla xəbər verir ki, 41 yaşlı mütəxəssis xüsusən “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahın transfer edilməsinə israr edir.

Xatırladaq ki, Məhəmməd Salahın “Liverpul” klubu ilə müqaviləsi 2023-cü ildə bitir.

Qeyd edək ki, Salah bu mövsüm “Liverpul”un heyətində 15 oyunda 15 qol vurub.