"Qarabağ" "Keşlə"yə qalib gəldi

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.
Redaktor.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçiriləcək. Lider "Qarabağ" "Keşlə"ni qəbul edib "Azərsun Arena"da oynanılan görüşdə Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib. Ağdamlıların yeganə qolunu Ramil Şeydayev vurub.
Qeyd edək ki, turun digər matçları 20-21 noyabr tarixlərində keçiriləcək.