"Neftçi" yenə uduzdu

 20:11 20.11.2021     260

Azərbaycan Premyer Liqasında 11-ci turun matçları davam edir. 

Redaktor.az xəbər verir ki, 2-ci oyun günündə 2 görüş keçirilib. Əvvəlcə "Zirə" evdə "Səbail"i qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Digər matçda isə "Neftçi" doğma meydanda "Sabah"la üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.  Bu nəticələrdən sonra "Zirə" "Neftçi"ni keçərəcək turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qollar: Ramon Maçado, 33 (1:0), Coy-Lens Mikels, 53 (1:1), 69 (2:1)