"Barselona"nın hücumçusu karyerasını başa vurur

 23:59 20.11.2021     103

“Barselona” və Argentina millisinin forvardı Serxio Aquero karyerasını başa vurmağa hazırlaşır.

Bu barədə idman jurnalisti Jerar Romero yazıb.

Onun sözlərinə görə, idmançı səhhətindən dolayı bu qərara gəlib.

Hücumçunun gələn həftə keçiriləcək mətbuat konfransında bununla bağlı rəsmi bəyanat verəcəyi gözlənilir.

Xatırladaq ki, bir müddət öncə Aqueronun ürəyində ciddi problemlər yaranıb.