"Liverpul" "Arsenal"ı darmadağın etdi

 00:47 21.11.2021     97

Futbol üzrə İngiltərə çempionatının 12-ci turunda "Liverpul" öz meydanında "Arsenal"ı 4:0 hesabı ilə məğlub edib.

Redaktor.az xəbər verir ki, "Liverpul"un heyətində qolları Sadio Mane (39-cu dəqiqə), Dioqo Jota (52), Məhəmməd Salah (73) və Takumi Minamino (77) vurub.

Mikel Artetanın yetirmələri çempionatda səkkiz matç davam edən məğlubiyyətsiz seriyasını dayandırıblar. London klubu 20 xalla Premyer Liqanın turnir cədvəlində beşincidir. "Liverpul" 25 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.