"Bavariya"nın 4 futbolçusu karantinə alındı

 18:09 21.11.2021     129

Almaniya "Bavariya"sının futbolçuları Serj Qnabri, Camal Musiala, Erik Şupo-Motinq və Mikael Kyuizans karantinə alınıb.

Redaktor.az   klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb oyunçuların koronavirusa yoluxmuş şəxslə təmasda olmalarıdır.

Onlar yerli səhiyyə orqanlarının qaydalarına uyğun olaraq təcrid ediliblər.

Qeyd edək ki, "Bavariya" Bundesliqanın son turunda "Auqsburq"a 1:2 hesabı ilə uduzaraq, cari mövsümdə 2-ci məğlubiyyətini alıb. Hazırda 28 xalla turnir cədvəlinə başçılıq edən Münhen təmsilçisi növbəti oyununu noyabrın 23-də Çempionlar Liqasının qrup mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasına qarşı keçirəcək.