İstanbul derbisini "Fənərbaxça" qazandı

 22:40 21.11.2021     117

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi oynanılıb. 

Redaktor.az xəbər verir ki, "Qalatasaray" 13-cü turda doğma meydanda əzəli rəqibi "Fənərbaxça"nı qəbul edib. Görüşdə hesabı 16-cı dəqiqədə "Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu açıb. "Fənərbaxça"nın kapitanı Məsut Özil 31-ci dəqiqədə hesabı bərabərləşdirib. Lakin "Fənərbaxça" Miqel Kresponun 90+4-cü dəqiqədəki qolu ilə 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qalatasaray" hazırda turnir cədvəlində 21 xalla 8-ci, "Fənərbaxça" isə 23 xalla 5-cidir.

"Qalatasaray" - "Fənərbaxça" - 1:2

Qollar: Akturkoğlu, 16 (1:0), Özil, 31 (1:1), Krespo, 90+4 (1:2)