Fitness üzrə “Abu-Life Natural Cup” çempionatı keçirildi - VİDEO

21.11.2021-ci il tarixdə INBA Qlobal Azərbaycan və Abu-Life İdman Klubunun təşkilatçılığı ilə Qazax şəhəri Mədəniyyət Mərkəzində Natural Bodibildinq və Fitness üzrə “Abu-Life Natural Cup” çempionatı keçirilib.
Redaktor.az xəbər verir ki, açılış mərasimindən öncə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.
Açılış mərasimində INBA Qlobal Azərbaycan birliyinin prezidenti beynəlxalq dərəcəli idman ustası və hakim Elnur Şixəliyev və Abu-Life idman klubunun prezidenti Elmar Mirzəyev çıxış etdilər.
INBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şixəliyev çıxışı zamanı bildirdi ki, bizim əsas məqsədimiz dövlətimizin uğurlu idman və antidopinq siyasətinə dəstək olmaq, sağlam həyat tərzini təbliğ etmək, idmançılar arasında sağlam rəqabəti təmin etmək, yeniyetmə və gəncləri istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq tutmaq, idmanda zorakılığa qarşı mübarizə aparmaqdır.
Sonra INBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şixəliyev tərəfindən yarış açıq elan edildi. Çempionatda Respublikanın şəhər və rayonlarından atletlər, müxtəlif kateqoriyalarda mübarizəyə qoşuldular. Fərqlənən atletlərə diplom, medal və kubok təqdim olundu.
Sonda Mens Fizik kateqoriyasında mütləq çempiopn müəyyənləşdi. 175 sm-ə qədər Mens Fizik kateqoriyasında iştirak edən RoofF Fitness Mərkəzinin yetirməsi Niyaz Məmmədov mütləq çempion adına laiq görülərək, “Abu-Life Natural Cup” kubokuna sahib oldu.
Mens Fizik kateqoriyasında yeniyetmələr arasında:
Zamanov İbrahim (Abu-Life – Qazax) 1-ci yer,
Nuri Amin (Abu-Life – Qazax) 2-ci yer,
Abbaszadə Əli (Gold Master – Qazax) 3-cü yer.
Mens Fizik kateqoriyasında 175 sm-ə qədər
Niyaz Məmmədov (ROOF Fitness - Bakı) 1-ci yer
Eyyubov Kənan ( Abu-Life – Qazax) 2-ci yer
Cəbrayılov Paşa ( ROOF Fitness – Bakı,) 3-cü yer
Mens Fizik kateqoriyasında 175 sm-dən yuxarı
Rəsulov Röyal ( Monster Muscle Club – Gəncə) 1-ci yer
Əliyev Orxan ( ROOF Fitness – Bakı) 2-ci yer
Nəbiyev Qüdrət ( Sinur Fitness - Bakı) 3cü yer
Mens Atletik kateqoriyasında
Mirzəyev Qalib ( ROOF Fitness – Bakı)- 1-ci yer
Sərvan Həsənov ( ROOF Fitness- Bakl)- 2-ci yer
Kənan Eyyubov (ABU-Life -Qazax)- 3-cü yer
Klassik Fizik kateqorisyasında
Həsənov Sərvan ( ROOF Fitness- Bakı) - 1 ci yer
Mirzəyev Qalib ( ROOF Fitness- Bakı)- 2 ci yer
Eyyubov Kənan (ABU-Life -Qazax)- 3-cü yer
Mens Bodibildinq kateqoriyasında
Ələkbərov Mahmud ( Monster GYM – Bakı)- 1-ci yer
Rəcəbov Orxan ( ROOF Fitness – Bakı)- 2-ci yer
Həsənov Sərvan ( ROOF Fitness – Bakı)- 3-cü yer
Ümumilikdə komanda hesabında
ROOF Fitness Bakı komandası 1-ci,
ABU-Life İdman klubu Qazax 2-ci,
Monstr Muscle klub Gəncə 3-cü oldu.
Yarışda fərqlənən atletlər gələn ildən etibarən, milli komandanın heyətində beynəlxalq yarəşlarda təmsil olunacaqlar.