“Qarabağ” – “Omoniya” matçının hakimləri açıqlandı

 15:23 22.11.2021     191

Futbol üzrə Avropa Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Qarabağ”ın Kipr “Omoniya”sına qarşı keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb.

Redaktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək:

Baş hakim: Morten Krox

Baş hakimin köməkçiləri: Nils Höq, Şteffen Bek Bramsen

Dördüncü hakim: Yorgen Dauqberq Burxardt

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu oyuna saat 21:45-də start veriləcək.