"Ronaldo ilə rəqabət gözəl hekayə idi" - Messi

 21:10 23.11.2021     316

Fransa PSJ-sinin futbolçusu Lionel Messi İngiltərənin "Mançester Yunayted" komandasında çıxış edən Kriştiano Ronaldo ilə rəqabətindən danışıb.

Redaktor.az xəbər verir ki, argentinalı hücumçu "Marca" nəşrinə açıqlamasında 36 yaşlı forvardla eyni hədəflər uğrunda həm fərdi, həm də komanda səviyyəsində yarışdıqlarını bildirib.

Messinin sözlərinə görə, portuqaliyalı oyunçu ilə rəqabət özləri və azarkeşlər üçün çox gözəl hekayə oldu. "Bu xatirə futbol tarixində qalacaq".

Qeyd edək ki, Lionel Messi ötən mövsümün sonunda İspaniya "Barselona"sını PSJ-yə dəyişib. Kriştiano Ronaldo isə bu ilin avqustunda İtaliya "Yuventus"undan "Mançester Yunayted"ə keçib.