"Mançester Yunayted" 1/8 finalda - Çempionlar Liqası

 23:50 23.11.2021     140

UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Redaktor.az xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 8 qarşılaşmadan ikisi artıq başa çatıb.

E qrupunda Kiyev "Dinamo"su Ukraynada pley-offa vəsiqəni ötən tur təmin etmiş Almaniya "Bavariya"sını qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb. Qrupun digər matçında Portuqaliya "Benfika"sı İspaniyada "Barselona"nın qonağı olacaq. Lissabon təmsilçisi səfərdə uduzmasa, "Dinamo" avrokuboklarda mübarizəni dayandıracaq.

F qrupunda İngiltərə "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşıb. Almaniyalı FIFA referisi Feliks Brixin başçılıq etdiyi hakimlər briqadasının əlaqə sistemindəki texniki nasazlığa görə 8 dəqiqə gec başlayan oyunda "qırmızı şeytanlar" 2:0 hesablı qələbə qazanıb. Qolları 78-ci dəqiqədə Kriştianu Ronaldu və 90-cı dəqiqədə Ceydon Sanço vurub. Bu qələbədən sonra xallarını 10-a çatdıran Mançester təmsilçisi sona bir tur qalmış pley-offa vəsiqəni təmin edib. Bu qrupun digər qarşılaşmasında İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, V tur

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2

Qollar: Denis Qarmaş, 70 - Robert Levandovski, 14. Kinqsli Koman, 42

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)

Xal durumu: "Bavariya" - 15 (5 oyuna), "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1 (5).

F qrupu

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2

Qollar: Kriştianu Ronaldu, 78, Ceydon Sanço, 90

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)

Xal durumu: "Mançester Yunayted" - 10 (5 oyuna), "Vilyarreal" - 7 (5), "Atalanta" - 5, "Yanq Boyz" - 3.

Qeyd edək ki, daha əvvəl Almaniyanın "Bavariya", İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klubları 1/8 finala yüksəlib.