Çempionlar Liqasında gecənin NƏTİCƏLƏRİ
UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun növbəti 6 oyunu keçirilib.
Redaktor.az xəbər verir ki, bununla da pley-offa vəsiqə qazanan daha bir komanda müəyyənləşib.
E qrupunda "Barselona" İspaniyada Portuqaliyanın "Benfika" klubunu qəbul edib. Görüş qolsuz başa çatdığından komandalar 1/8 finala çıxmaq şanslarını son tura saxlayıblar. Bu nəticə ilə Ukraynanın "Dinamo" (Kiyev) komandasının sonuncu pillədə qalacağı dəqiqləşib.
F qrupunda İtaliya "Atalanta"sı İsveçrədə "Yanq Boyz"u sınağa çəkib. Qarşılaşmada qalib müəyyənləşməyib.
G qrupunda Avstriya "Zaltsburq"u Fransada "Lill"ə uduzaraq, liderliyi əldən verib. İspaniya "Sevilya"sı isə evdə Almaniya "Volfsburq"una qalib gəlib.
H qrupunda İtaliya "Yuventus"undan sonra İngiltərənin "Çelsi" komandası da pley-offa vəsiqəni təmin edib. "Zadəganlar" buna evdə Turin təmsilçisini darmadağın etməklə nail olublar. Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə heç-heçə edib. Bu nəticədən sonra Sankt-Peterburq təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırsa da, 3-cü yerin sahibi kimi Avropa Liqasının pley-offunda oynamaq hüququ qazanıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, V tur
E qrupu
00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya) - 0:0
Xal durumu: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.
F qrupu
00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3
Qollar: Cordan Sibaço, 39. Vensan Syerro, 80. Silvan Hefti, 84 - Duvan Sapata, 10. Xose Luis Palomino, 51. Luis Muryel, 88
Xal durumu: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.
G qrupu
00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0
Qol: Conatan Devid, 31
00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0
Qollar: Xoan Xordan Moreno, 13, Rafael Mir Visente, 90+7
Xal durumu: "Lill" - 8, "Zaltsburq" - 7, "Sevilya" - 6. "Volfsburq" - 5.
H qrupu
00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1
Qollar: Sören Riyeks, 28 - Yaroslav Rakitski, 90+2 (pen.)
Qırmızı vərəqə: Dmitri Çistyakov, 86 ("Zenit")
00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0
Qollar: Trevo Çaloba, 25. Ris Ceyms, 56. Kallum Hadson-Odoi, 58. Timo Verner, 90+5
Xal durumu: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.